CƏMİYYƏT


Ekoloji maarifləndirmə sahəsində həyata keçirilən layihəyə yekun vurulub

Bakı, 22 avqust, AZƏRTAC

Üç ay müddətində www. biosfer.az saytında müxtəlif mənbələrdən tərcümə olunmuş 100 xəbər, 20 rəsmi material, 10 müəllif məqaləsi, 20 yerli mətbuatdan seçmələr yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Biosfer” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Ekologiya və ətraf mühitin qorunması istiqamətində cəmiyyətin sistemli informasiya ilə təmin olunması” layihəsinin yekununa həsr olunmuş mətbuat konfransında məlumat verilib.

İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Biosfer”ın fəaliyyətə başladığı altı il ərzində gördüyü işlər, iki il əvvəl yaradılan www.biosfer.az saytının təbiəti və ətraf mühitin qorunması sahəsində apardığı ekoloji maarifləndirmə tədbirlərindən danışıb.

Layihənin rəhbəri Tural Məmmədov saytda əsasən üç istiqamətdə - mövzu üzrə verilən rəsmi fərmanların sistemləşdirilərək müvafiq bölmədə yerləşdirilməsi, yerli və xarici mətbuat səhifələrində monitorinqlər aparılması yolu ilə ən zəruri materialların saytda yayılması və ekoloji sahədə müəllif materiallarının hazırlanması sahəsində görülən işləri xatırladıb. Onun verdiyi məlumata görə, mayın 15-dən avqustun 15-dək davam edən layihə müddətində ekologiya və ətraf mühitin qorunması mövzusunda əcnəbi dillərdə olan materiallarla yanaşı, əməkdaşlığa cəlb edilən ekspertlərin mövcud problem və ondan çıxış yollarına dair analitik yazıları dərc edilib. Saytın faceebok səhifəsinin 25 mindən artıq üzvünün 70-75 faizinin həmin materialları paylaşması, rəy və təkliflər bildirməsi onların ekoloji maarifləndirmə mövzusunda aparılan təbliğata biganə olmadığını göstərib.

Layihənin yekunları ilə əlaqədar jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.