SİYASƏT


Ekspert: Azərbaycanın “İstanbul Prosesi”nə verdiyi dəstək Prezident İlham Əliyevin siyasi iradəsinin təzahürüdür

İstanbul, 7 dekabr, AZƏRTAC 

Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransına ev sahibliyi etməklə, bir daha inkişaf və tərəqqi tərəfdarı olduğunu bütün dünyaya göstərdi.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyədə fəaliyyət göstərən ’’Avrasiya Bir’’ Fondunun məsul əməkdaşı, sosial elmlər doktoru, ehtiyatda olan polkovnik Eray Guçlüer bildirib.

Türkiyəli ekspert qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən və erməni terrorizmindən əziyyət çəkən ölkədir. Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarla bağlı dörd məlum qətnaməsi uzun illərdir ki, təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmir. Azərbaycan tərəfi Əfqanıstanda sülh və inkişaf prosesinə fəal şəkildə qoşulmaqla beynəlxalq aləmə göstərdi ki, təkcə öz problemlərinin yox, dünyadakı bütün münaqişələrin BMT qərarları çərçivəsində həll olunmasına tərəfdardır. O, dünyadan da eyni yanaşma umur və bu tələbində tam haqlıdır.

“Əfqanıstan işıqlı gələcəyi naminə “İstanbul Prosesi”nə qoşulmaq və ona yaxından dəstək vermək Prezident İlham Əliyevin möhkəm siyasi iradəsinin təzahürüdür. Azərbaycan Əfqanıstanın inkişafı ilə bağlı siyasətə fəal şəkildə qoşulmaqla, terrorizmə qarşı mübarizədə də qətiyyətli mövqeyini nümayiş etdirdi. Bu siyasətin uğurlu nəticələri göz önündədir. İşğalçı Ermənistanın Azərbaycanla hesablaşmaqdan başqa ikinci yolu yoxdur”, - deyə Eray Guçlüer vurğulayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.