Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekspert: “Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi yüksələcək

Ekspert: “Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi yüksələcək

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı şəkildə aparılan islahatlar nəticəsində bu ilin payızında açıqlanacaq Dünya Bankının “Doing Business 2020” hesabatında ölkəmizin reytinqi bir qədər də yüksələcək. Hətta “Doing Business”in dünya ölkələrində müəssisələrin qeydiyyatı indikatoru üzrə Azərbaycanın indiki 9-cu yerdən 1-ci yerə yüksələcəyi gözlənilir.

Bu sözləri AZƏRTAC-a AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov deyib. Ekspert bildirib ki, əvvəlki dövrlərdə aparılmış islahatların nəticəsi olaraq Azərbaycan ötən il “Doing Business 2019” reytinqində 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəlib: “Belə nikbin proqnozlar verməyə ölkədə sahibkarlar üçün beynəlxalq standartlara uyğun daha əlverişli şəraitin yaradılması və biznes mühitinin cəlbediciliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlar əsas verir. Belə ki, indi Azərbaycanda 20 dəqiqə ərzində yeni bir sahibkarlıq subyektini elektron qaydada, heç bir məmurla birbaşa təmasa girmədən qeydiyyatdan keçirmək, müəssisə açmaq mümkündür. Həm də bunun üçün heç bir xərc tələb olunmur. Yeni qaydalara əsasən, qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər “ASAN İmza” olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Habelə dövlət qeydiyyatının aparılması (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) qeydiyyatı da daxil olmaqla) cəmi bir prosedurla tamamlanır. Dünyanın hələlik heç bir ölkəsində belə asan və mükəmməl sistem yoxdur. Bu isə cari ildə dünyada müəssisələrin qeydiyyatı indikatoru üzrə 1-ci olacağımızı deməyə əsas verir”.

Azərbaycanda biznes mühitini əhatə edən digər indikatorlar üzrə də islahatların aparıldığını bildirən M.Zeynalov, həmçinin qeyd edib ki, son illər ölkəmizdə əmlakın qeydiyyatının asanlaşdırılması, tikintiyə icazələrin alınması sahəsində “bir pəncərə” sisteminin, gömrükdə “Yaşıl dəhliz” qaydalarının tətbiqi, onlayn vahid ixrac ərizəsi, sahibkarların enerji şəbəkəsinə qoşulmasının asanlaşdırılması, vergi yükünün azaldılması və vergi inzibatçılığının sadələşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, elektron satınalma, kreditlərə əlçatanlıq, müqavilələrin icrası sahələrində də mühüm islahatlar aparılıb. Bütün bunları nəzərə alsaq, əminliklə demək olar ki, bu il Azərbaycanın dünya üzrə ən islahatçı ölkələr sırasında mövqeyi bir qədər yaxşılaşacaq.

Ekspert deyib: “Dünya Bankı ölkələr üzrə öz reytinq qiymətləndirmələrində sahibkarların dövlət qurumlarına hər hansı müraciəti zamanı bunun nə qədər vaxt apardığını, prosedurların sayını və xərclərini nəzərə alır. Bu sahədə prosedurlar nə qədər sadədirsə, xərc azdırsa və daha az vaxt aparırsa ölkənin reytinqi bir o qədər yüksək olur. Azərbaycanda son vaxtlar məhz bu baxımdan həmin amillərin nəzərə alınması və sadələşdirilməsi şərti ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm islahatlar aparılıb. Məsələn, tikinti və istismar üçün icazələrin alınması “bir pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir. Bu zaman bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə olunur. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır”.

M.Zeynalovun sözlərinə görə, son zamanlar Azərbaycanda sahibkarların şəbəkəyə qoşulması ilə əlaqədar elektron müraciət imkanı yaradılıb, tələb olunan vaxt qısaldılıb, prosedurlar sadələşdirilib. Əmlakın qeydiyyatı üzrə sahibkarın cəmi bir prosedurla müraciəti əsasında əmlakın qeydiyyatı prosesi həyata keçirilir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız çıxarış əldə olunması prosesi ləğv edilib, qeydiyyat tamamlandıqdan sonra qısa müddət ərzində elektron çıxarış onlayn olaraq sahibkara göndərilir. Vergilərin ödənilməsi indikatoru üzrə görülən işlər nəticəsində işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsi 22 faizdən 15 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb. Vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhəddən keçməsi vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Habelə xarici ticarətlə məşğul olan sahibkarlar üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları təsdiq edilib. Kreditlərin alınması indikatoru üzrə daşınar əmlakın yüklülüyü reyestri barədə müvafiq normativ hüquqi aktlara dəyişiklik edilib. Kiçik investorların maraqlarının qorunması və müflisləşmənin həlli indikatorları üzrə qanunvericiliyə dəyişikliklər edilib, vaxt normaları müəyyənləşib.

“Əslində Azərbaycanda qeyd olunan islahatların əsas hədəfi ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılmasıdır. Aydın məsələdir ki, sahibkarlığın da inkişafı ölkədə iqtisadi artımın təmin olunmasına, yeni müəssisələrin açılmasına, məşğulluğun təmin edilməsinə, qeyri-neft sektorunun dirçəlməsinə, əhalinin rifahının yaxşılaşmasına xidmət edir”, - deyə ekspert bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb