İDMAN


Elçin Məsiyev Avropa çempionatının dörddəbir final mərhələsinin oyununu idarə edəcək

Elçin Məsiyev Avropa çempionatının dörddəbir final mərhələsinin oyununu idarə edəcək

Bakı 26 may, AZƏRTAC

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində keçirilən oyunlarda iştirak edən FIFA referisi Elçin Məsiyev daha bir vacib matça təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, E.Məsiyev mayın 27-də çempionatın dörddəbir final mərhələsində üz-üzə gələcək Polşa və Serbiya komandalarının oyununda baş hakim olacaq. Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.