REGİONLAR


Elçin Quliyev: İranla dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyəti məsələləri müzakirə olunur

Astara, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC

2020-ci ildə qarşıda bir sıra məqsədlərimiz var. Avtomobil yolunun, yeni dəmiryolunun açılışı, yeni körpünün inşa olunması - bunlar xidməti əlaqələrin inkişafının təzahürüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Astarada jurnalistlərə verdiyi müsahibəsində məlumat verib.

DSX-nin rəisi daha sonra deyib: “2018-ci illə müqayisədə ötən ildə dövlət sərhəd buraxılış məntəqəsində həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin keçidində artım olub. Dövlət sərhədindən keçən şəxslərin sayı 21,5 faiz, nəqliyyat vasitələrinin sayı isə 13 faiz artıb”.

E.Quliyev qeyd edib ki, İran İslan Respublikasının Sərhəd Qoşunlarının komandanı ilə dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ, həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir.

“Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, - deyə E.Quliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.