Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Elçin Səfərov: Könüllülər yüksək fəallıqları ilə ölkəmizin inkişafına töhfə verirlər

Elçin Səfərov: Könüllülər yüksək fəallıqları ilə ölkəmizin inkişafına töhfə verirlər

Bakı, 29 yanvar, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin baş direktoru Elçin Səfərov ölkəmizdə könüllülük hərəkatının təşəkkülü, onun kütləviliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər, könüllülüyün gənclər arasında təşviqi, ölkəmizdə bu hərəkatın inkişaf perspektivləri ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Elçin müəllim, istərdik ki, söhbətimizə Azərbaycanda könüllülük hərəkatının tarixindən başlayaq?

- Azərbaycanda könüllülüyün tarixinə nəzər salsaq, bunun kifayət qədər böyük bir dövrü əhatə etdiyini görərik. Könüllülük fəaliyyəti milli dəyərlərimiz, adət-ənənələrimiz, həmçinin xalqımızın sülhsevərliyi ilə sıx bağlıdır. Müstəqilliyin bərpasından ötən qısa müddətdə dinamik inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycanda həmrəylik, sosial məsuliyyət kimi ali dəyərləri təcəssüm etdirən könüllülüyün inkişafına da xüsusi diqqət yetirilməyə başlandı. Gənclər, İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Könüllüləri Proqramı ilə birgə 1998-2000-ci illərdə həyata keçirilən proqram nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradıldı. Sevindirici haldır ki, qısa müddətdə bu sahədə görülən böyük işlər könüllülük hərəkatının geniş miqyas almasına səbəb oldu.

- Ölkəmizdə könüllülük hərəkatının inkişafı istiqamətində ilk böyük proqram nə vaxt həyata keçirilib?

- Ölkəmizdə könüllülük hərəkatının inkişafı istiqamətində ilk böyük proqram 2013-cü ildən - Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı sazişin imzalanmasından sonra başlanıb. Birinci Avropa Oyunları çərçivəsində 20-dən artıq idman növü üzrə müxtəlif idman qurğularında keçiriləcək yarışlar, eləcə də açılış və bağlanış mərasimləri bu işlərə çoxlu sayda könüllünün cəlb olunmasını tələb edirdi. Buna görə xarici mütəxəssisləri dəvət edib bu sahədə tədbirlər planı hazırladıq. O vaxta qədər Azərbaycanda könüllülüyün strukturu yox idi və ilk dəfə mütəşəkkil şəkildə könüllülərin qeydiyyatdan keçirilməsi birinci Avropa Oyunlarında baş verdi. Bunun üçün 15-dən artıq ali məktəbdə, eləcə də orta məktəblərdə görüşlər və təbliğat xarakterli tədbirlər keçirdik. Tələbələr, valideynlər könüllülüklə bağlı bizə müxtəlif suallarla müraciət edirdilər. Avropa Oyunları üçün 15 mindən çox könüllü cəlb edildi ki, onların yüksək səviyyədə fəaliyyəti üçün geniş miqyaslı tədbirlər görüldü. “Bakı-2015”də könüllülərimizin yüksək səviyyədə fəaliyyəti artıq böyük bir könüllülər ordusunun yarandığını göstərirdi. Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarında 12 min 500, XV Avropa Gənclər Olimpiya Festivalında 3 min könüllü fəaliyyət göstərib. Hər il Formula 1 yarışlarına 3 mindən çox könüllü cəlb edilir. Məşhur incəsənət xadimləri bu yarışlarda könüllülərin səfiri olublar.

- Könüllülərin seçimində hansı keyfiyyətlərə üstünlük verilir?

- Könüllü olmaq istəyən gənc əvvəlcə onlayn qeydiyyatdan keçərək özü haqda məlumat verir. Daha sonra müsahibələr vasitəsilə onların dünyagörüşü, psixoloji hazırlığı, dövlət layihəsinin əhəmiyyətini, məsuliyyətini anlaması ilə bağlı bilikləri yoxlanılır. Bəzən gənclər qeydiyyata alınandan və müsahibədən keçəndən sonra könüllü kimi dəvət almamalarından şikayətlənirlər. Müsahibədən keçmək o demək deyil ki, onlar könüllü kimi fəaliyyət göstərə bilərlər. Könüllülər üçün təşkil edilən təlimlər böyük əhəmiyyət daşıyır. İlk təlimdə müvafiq idman növü, iştirak edəcək ölkələrin təmsilçilərinə yanaşma tərzi və digər məsələlər əksini tapır. İkinci təlim təhlükəsizliklə bağlıdır və bu, çox vacibdir. Könüllü həm öz təhlükəsizliyini qorumalı, eyni zamanda, digərlərinə təhlükə yaratmamalıdır. Könüllülük əmək müqaviləsi deyil. Lakin biz könüllüləri tədbirdən-tədbirə sığortalayırıq. Üçüncü təlimdə isə hər kəs öhdəliyi ilə bağlı ətraflı biliklər əldə edir. Bütün təlimləri uğurla keçənlər artıq könüllü kimi fəaliyyət göstərə bilərlər. Məsələn, birinci Avropa Oyunlarında könüllü olmaq üçün müraciət edənlərin arasından ən bacarıqlıların seçilməsi üçün bir neçə mərhələdə seçim apardıq. Onları təlimləndirmək, həmçinin nəqliyyat, geyim, yemək, rabitə, təhlükəsizlik və digər məsələlərlə bağlı problemlərin həlli xüsusilə vacib idi. Bütün bunları təmin etmək üçün struktur yaratdıq. Avropa Oyunlarının təkcə açılış və bağlanış mərasimlərində 5 min könüllü iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarında könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək onların gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışdıqlarını, idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas qonaqpərvərlik və mehribanlıq göstərdiklərini qeyd edib. Bu, dövlət səviyyəsində könüllülərin əməyinə verilən yüksək qiymət idi.

- Gənclərin könüllülük fəaliyyətinə böyük maraq göstərmələrinin əsas səbəbi nədir?

- Könüllülük fəaliyyəti gənclərin həyatında, xüsusilə də karyera qurmalarında əhəmiyyətli yer tutur. Beynəlxalq yarışlardan sonra könüllülərin işlə təmin edilməsinə geniş imkanlar olur. Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarından sonra könüllülərin işlə təmin olunması istiqamətində bır sıra işlər görüldü. Həmin könüllülər idman obyektlərində müxtəlif vakant yerlərə işləmək üçün dəvət aldılar. Könüllülər irimiqyaslı yarışlarda fəaliyyətləri zamanı idman obyektinə yaxşı bələd olur və zəngin təcrübə qazanırlar. Bu da onların gələcəkdə işlə təmin olunması üçün şanslar yaradır. Əmək bazarında üstünlük verilən komanda mühitində işləmək və ünsiyyət bacarıqları könüllülük fəaliyyəti ilə məşğul olanlarda daha yüksək səviyyədədir. Digər tərəfdən, gənclər maraq göstərdikləri hər hansı bir sahədə könüllü kimi özlərini sınamaq şansından istifadə etmək istəyirlər. Onlar bununla həm çalışdıqları sahənin inkişafına kömək edir, həm də özləri üçün yeni biliklər əldə edirlər. İndiyədək 100 minə yaxın gənc müxtəlif sahələrdə könüllülük fəaliyyətinə cəlb olunub. Könüllülük fəaliyyətinə fiziki məhdudiyyətli insanları da cəlb etmişik ki, bu da onların cəmiyyətə inteqrasiyasında müsbət rol oynayır. Çalışırıq ki, onlar öz potensiallarından maksimum istifadə edərək, müəyyən təcrübi biliklərə yiyələnsinlər. Onu da qeyd edim ki, fiziki məhdudiyyətli insanlar da könüllülük fəaliyyətində böyük maraq göstərirlər. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə.

- Daha hansı sahələrdə könüllülərin fəaliyyətindən istifadə etmək olar?

- Azərbaycanda könüllülük hərəkatının geniş vüsət almasında “ASAN xidmət” və onun könüllülərinin böyük payı var. Burada könüllülər üçün mütəmadi olaraq, müxtəlif sahələr üzrə təlimlər keçirilir. Məqsəd könüllü kimi fəaliyyət göstərən gəncləri dövlət, cəmiyyət üçün bacarıqlı kadr kimi yetişdirməkdir. Təhsil, nəqliyyat, turizm sahələrində də könüllülərin fəaliyyətindən geniş miqyasda istifadə etmək olar. Amma nədənsə, nəqliyyat, turizm sektorlarında könüllülər o qədər də gözə dəymir. Azərbaycanda turizm sektoru böyük sürətlə inkişaf edir. Hər il yüz minlərlə insan dünyanın hər yerindən Azərbaycana turist kimi gəlirlər. Şübhəsiz, bu sahədə könüllülük işi günün tələbləri səviyyəsində qurulmalıdır.

Azərbaycanda gənclərlə yanaşı, yaşlı insanların da könüllülük fəaliyyətinə cəlb olunması yaxşı olardı. Beynəlxalq miqyasda bunun çox gözəl nümunələri var. Gələcəkdə könüllülərin arzusu ilə müxtəlif səpkili tədbirlər hazırlamağı düşünürük. İdmanın təbliğatı, könüllülərin asudə vaxtlarının səmərəli təşkili və digər məsələlərlə bağlı bir sıra planlar var.

- Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir.

- Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. Ölkəmizdə 2020-ci il “Könüllülər ili” elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ölkəmizdə ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən edilməsini xüsusi vurğulamaq lazımdır. Dövlət tərəfindən könüllülük fəaliyyətinə böyük dəstək göstərildiyi üçün bu sahədə yüksək nəticələr əldə edilir. Artıq könüllülüklə bağlı geniş təbliğata ehtiyac duyulmur. Hər hansı sahədə könüllülüklə bağlı elan veriləndə çoxlu sayda müraciətlər daxil olur ki, bu da seçim imkanlarını genişləndirir. Bununla yanaşı, çalışırıq ki, könüllülük fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər kənarda qalmasınlar.

Ölkəmizdə təşkil edilən və dünyanın ən nüfuzlu yarışlarından biri olan Formula 1 könüllüləri böyük uğurlara nail olublar. Hər il müraciət edən könüllülərin böyük əksəriyyəti gənclərdir və onların inkişafı üçün Bakı Şəhər Əməliyyat Komitəsinin tərkibində könüllülük Akademiyası məktəb kimi yaradılıb. Təlimlər, qeydiyyat və müsahibə burada keçir. Sevindirici haldır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında könüllülük fakültəsi açılıb.

Bu il ölkəmizdə irimiqyaslı idman tədbirləri olan “Avro-2020”nin üç oyunu və dörddəbir final qarşılaşması, eləcə də Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək. Hər iki yarışda könüllülərimizin üzərinə böyük məsuliyyət düşəcək. Bu cür yarışlar ölkəmizin tanınması baxımından çox böyük əhəmiyyət daşıyır.

Könüllülük hərəkatının inkişafı istiqamətində Keçirilən tədbirlər ölkəmizdə vüsət almış gənclər siyasətinin tərkib hissəsidir. Könüllü gənclərin hər biri öz fəaliyyəti ilə ölkəmizin inkişafına qiymətli töhfələr verirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib