İQTİSADİYYAT
“Elektron hökumət” üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edilir
Bakı, 12 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi jurnalistlər, bloqerlər və informasiya-kommunikasiya texnologiyaları ilə maraqlanan tələbələr üçün martın 17-18-də “Elektron hökumət” üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Məlumat Hesablama Mərkəzində keçiriləcək kursun proqramı “Elektron hökumət. Elektron hökumətin formalaşdırılması və inkişaf mərhələləri. Gələcək perspektivlər”, “Elektron hökumətin infrastrukturu. Elektron hökumətin əsas komponentləri. Elektron xidmətlər. Dövlət Reyestrlərinin yaradılmasının məqsədi. Açıq hökumət məlumatları”, “Elektron hökumət sisteminə qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin portala inteqrasiya olunması”, “Elektron imza infrastrukturu. Elektron imza və ondan istifadə”, “Elektron hökumətin və elektronlaşma prosesinin inkişafında jurnalistlərin rolu” və s. mövzularını əhatə edir.
Kursun sonunda iştirakçılara sertifikatlar veriləcək.