Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir

Elmar Məmmədyarov: Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla, öz milli inkişaf strategiyasını qəbul edib və səmərəli idarəçilik və davamlı artımın təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmət edilməsi, ictimai xidmətlərdən asanlaşdırılmış istifadənin təmin edilməsi və inklüziv cəmiyyətlərin təşviq edilməsinə dair irimiqyaslı proqramlar həyata keçirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, qlobal iqtisadi böhran və neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artımını saxlamağa müvəffəq olub. Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə beynəlxalq humanitar və inkişaf yardımı göstərib.

Bu ilin iyun ayında Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib. ECOSOC-un davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmasını nəzərə alsaq, bu, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.

“Davamlı İnkişaf Məqsədləri 16”nın həyata keçirilməsinə dəstək olaraq, Azərbaycan 2015-ci il noyabrın 2-6-da keçirilmiş Korrupsiyaya qarşı BMT Konvensiyasına Üzv Dövlətlərin Konfransının 6-cı sessiyasında yekdilliklə qəbul olunmuş “Ən yaxşı təcrübə və texnoloji yeniliklərin tətbiqi yolu ilə şəffaf, cavabdeh və effektiv dövlət xidmətlərinin göstərilməsinin təşviq edilməsi vasitəsilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə layihəsini irəli sürüb.

Hazırda dünyanın üzləşdiyi müxtəlif hədə və problemlər fonunda fərqli mədəniyyətlərin əsas dəyərlərinin təşviq edilməsi, ayrı-ayrı icmalar arasında daha yaxşı anlaşmanın gücləndirilməsi və qarşılıqlı hörmətin həvəsləndirilməsinin əhəmiyyətini israrla vurğulamaq çox vacibdir. Asiya və Avropa kimi iki böyük qitənin arasında yerləşən Azərbaycan Şərq və Qərbin qovuşduğu, dünyanın əsas dinlərinin dinc yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin harmoniya şəklində bir-birini tamamladığı təkrarolunmaz məkandır.

E.Məmmədyarov deyib ki, həll olunmamış silahlı münaqişələr, terrorizm, zorakı ekstremizm, təcavüzkar separatizm, dözümsüzlük, etnik və dini zəmində ayrı-seçkilik ən ciddi problemlər olmaqda davam edir və inkişafa əsas maneə törədən amillər sırasındadırlar.

2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul olunmasına dair BMT Sammitinin yekun sənədində dövlətlərin beynəlxalq hüquqla təsbit olunmuş hüquq və vəzifələri xatırladılaraq, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilərək bildirilir ki, sülh olmadan davamlı inkişaf yoxdur və davamlı inkişaf olmadan sülh yoxdur.

Sonuncu ümumi müzakirələrdən ötən müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı heç bir əsaslı irəliləyiş əldə olunmayıb. Ermənistan beynəlxalq hüququ və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrin tələblərini kobud şəkildə pozaraq, Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Ermənistanın münaqişənin nizamlanması prosesində iştırakı imitasiyadan başqa bir şey deyil.

Azərbaycan işğal olunmuş ərazilərin iqtisadi potensialından istifadə edə bilmir. Ərazilərin hərbi işğalının birbaşa nəticəsi olaraq əlaqələrin qırılması ölkəmizin sosial-iqtisadi cəhətdən tam şəkildə inkişaf etdirilməsi və regionun istifadə olunmamış iqtisadi perspektivlərinin reallaşdırılmasına ciddi əngəl törədir. Eyni şəkildə regionun daxili və regionlararası əlaqələr baxımından tam potensialı hələ də istifadə olunmamış qalır.

Münaqişənin humanitar nəticələri də eynilə ağırdır və təcili şəkildə həll olunmasını zəruri edir. İnsanların kütləvi şəkildə öz yaşadıqları ərazilərdən didərgin düşməsinin birbaşa təsiri nəticəsində bir milyon qaçqın və məcburi köçkün əsas insan hüquqları və fundamental azadlıqlardan, ən əsası mənzil və mülkiyyət hüquqlarından məhrum olmaqda davam edir. Vəziyyətin bu şəkildə davam etməsi artıq dözülməzdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti münaqişənin siyasi həllinin əldə edilməsi perspektivlərini sarsıdır və regionda sülh, təhlükəsizlik və sabitliyə bilavasitə təhlükə yaradır.

Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu istənilən an proqnozlaşdırılması mümkün olmayan nəticələr və toqquşmalar potensialı ilə sabitliyi pozan əsas amildir və münaqişə zonasında gərginlik və insidentlərin yaranmasının başlıca səbəbidir.

Xoş niyyətlə danışıqlar aparmaq əvəzinə Ermənistan nümayişkar şəkildə münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri pozur. BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də bu narahatlıq doğuran faktlar təsdiq edilib.

Bundan başqa, Ermənistan diqqəti sülh prosesinin əsas və substantiv məsələlərindən atəşkəsin texniki aspektlərinə yönəltməklə diqqəti yayındırmağa çalışan vaxtaşırı hərbi təxribatlar törədir. Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı geniş miqyaslı hücumlar həyata keçirib. Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutulub. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla çoxsaylı azərbaycanlı mülki şəxslər həlak olub və ciddi yaralanıb. Səmərəli mülki müdafiə tədbirləri vaxtında görülməsəydi, əhali arasında itkilərin sayı daha çox ola bilərdi. Ermənistan müntəzəm şəkildə həlak olmuş Azərbaycan əsgərlərinin cənazələrini eybəcər hala salıb.

Bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalıb. Mülki əhəmiyyətli infrastruktur da daxil olmaqla, özəl və ictimai mülkiyyət əhəmiyyətli dərəcədə ziyan çəkib. Yüzlərlə mülki təyinatlı bina, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılıb.

Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı birbaşa və qəsdən hücumları, eləcə də bu ilin aprel ayındakı hücumları zamanı Azərbaycan hərbçilərinə qarşı qeyri-insani hərəkətləri Ermənistan tərəfindən beynəlxalq humanitar və insan haqları hüququnun digər bir ciddi pozuntusunu təşkil edir. Özünün qəsdən hücum hərəkətləri ilə Ermənistan 1994-cü ildə yaradılmış atəşkəs rejimini sarsıdır və münaqişənin siyasi həlli üçün perspektivləri təhlükə altına qoyur.

Azərbaycandan təsirli cavablar alan Ermənistan Rusiya Federasiyasının vasitəçiliyi ilə aprelin 5-də Moskva şəhərində Azərbaycan və Ermənistan Baş Qərargah Rəisləri arasında görüşdə razılaşdırılan atəşkəs üçün müraciət etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Ermənistan atəşkəsi pozmaqda davam edir. Bundan başqa, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qüvvələr cəmləşdirir və möhkəmləndirilmiş hərbi istehkamlar tikir. Bu il sentyabrın 19-da Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunda intensiv hərbi fəaliyyətə başlayıb. Bütün bunlarla Ermənistan sülh danışıqlarında irəliləyişin əldə edilməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren torpaqlarından çıxarılması məqsədi güdən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxmaqda və onları pozmaqda davam edir. Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir. Özünü əzab çəkən tərəf kimi göstərməklə münaqişənin əsl səbəblərinin kökünə dair beynəlxalq ictimaiyyəti riyakarcasına aldatmaq cədləri uğursuzluğa məhkumdur.

Rəsmi Bakı Ermənistandan işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu dayandırmağı və münaqişənin vaxtı uzanmış siyasi həllinin tapılması üçün xoş niyyətlə Azərbaycanla danışıqlarda iştirak etməyi gözləyir.

Münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həll edilə bilər. Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq. Azərbaycan münaqişənin həllinə nail olunması, regionda sülh, ədalət və inkişafın təmin edilməsində səylərini əsirgəməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək