ELM VƏ TƏHSİL
Elmin İnkişafı Fondu “Türk dünyası araşdırmaları” qrant müsabiqəsi üzrə məsləhət seminarı keçirib
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Türk dünyası araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi üzrə növbəti məsləhət seminarı keçirib.
Fonddan AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanmasında, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara kömək etmək, bu prosesi asanlaşdırmaq və onun effektivliyini artırmaqdan ibarətdir.
Seminar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində təşkil edilib.