İDMAN
Elxan Abdullayev: Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq
Bakı, 8 sentyabr, AZƏRTAC
Turnirin təşkilatçılığından razı qaldım. Güclü komandalara qarşı oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə üçüncü olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev deyib.
Mütəxəssis bildirib ki, çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram.
Qeyd edək ki, millimiz Serbiyaya 1:2, Macarıstana 1:3 hesabı ilə məğlub, Monteneqro ilə heç-heçə edib - 1:1.