İDMAN


Emin Cəfərov: Güllə və stend atıcılığı üzrə millimizin üzvləri yeni silahlarla təmin olunublar

Emin Cəfərov: Güllə və stend atıcılığı üzrə millimizin üzvləri yeni silahlarla təmin olunublar

Bakı, 18 may, AZƏRTAC

Ötən ildən Azərbaycan Atıcılıq Federasiyasında bir çox dəyişikliklər baş verib. İdmançılarımızın təcrübələrinin artırılması məqsədi ilə xaricdən məşhur təlimçiləri ölkəmizə dəvət etdik. İdmançılarımız üçün bir sıra təlim və seminarlar təşkil olunub.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Baş katib qeyd edib ki, təlimləri əsasən Türkiyə, Rusiya, Serbiya və digər ölkələrdən olan mütəxəssislər aparıblar. Daha sonra dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, yığma komandalarımızın üzvlərini patronla təmin etmişik. Təbii ki, patron sayları idmançılarımıza lazımi sayda verilib. Həmçinin bütün bunlarla yanaşı, yığma komandanın üzvləri istər güllə, istərsə də stend atıcılığı üzrə yeni silahlarla təmin olunublar.

“Hazırda yığma komandanın üzvləri məşq prosesi zamanı yenilənmiş texnika ilə hazırlıqlarını davam etdirirlər. Cari il gənc atıcılarımız bir neçə beynəlxalq yarışlarda iştirak ediblər. Demək olar ki, bütün beynəlxalq yarışlarda biz tam heyətlə çıxış etmişik. Ölkəmizə gələn xarici yığma komandalarla birlikdə, millimizin üzvləri təlim-məşq toplanışında iştirak ediblər. Qeyd etdiyim bütün bu amillər Azərbaycanda atıcılıq idman növünün inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə baş katib əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.