Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Erməni siyasətinin epilepsiyaları, yaxud Madrid prinsiplərinin absurd təftişi

Erməni siyasətinin epilepsiyaları, yaxud Madrid prinsiplərinin absurd təftişi

Rəsmi İrəvan zaman-zaman məntiqsiz və qərəzli addımları ilə süni gərginliklər yaratmağa çalışır. Xüsusilə Dağlıq Qarabağ məsələsində son dərəcə qeyri-konstruktiv mövqe tutaraq problemin sülh yolu ilə həllinə əngəllər törədir. Azərbaycanın dövlət başçısı haqlı olaraq Ermənistan rəhbərliyinin məqsədli şəkildə danışıqlar prosesini uzatdığını vurğulayıb. Bu bağlılıqda indi də İrəvan Madrid prinsipləri haqqında qeyri-düzgün fikirlər bildirməkdədir. Bunun fonunda Ermənistanın Azərbaycana torpaq güzəştə getmək fikrindən daşındığı təəssüratı yaratmağa cəhd edilir. Təbii ki, Ermənistanın hansısa əraziləri güzəştə getməsi kimi bir anlayış ola bilməz, çünki o ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və işğalçı qeyd-şərtsiz bu torpaqları tərk etməlidir. Erməni siyasətçilərin bu kimi absurd fikirlər ortaya atması onların epileptik siyasi təfəkkürə malik olduqlarını və danışıqları uzatmaq niyyətini güddüklərini göstərir.

Koçaryanın sayıqlamaları: Madrid razılaşmasının primitiv təhrifi

Ermənistan hələ müstəqil dövlət deyil. Onu Azərbaycan torpaqları üzərində süni olaraq havadarları formalaşdırıblar, hazırda da üzərində tam hökmranlıq edirlər. Sovet İttifaqı dağılandan bu yana bu fakt hər kəs tərəfindən birmənalı qəbul olunur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə təkan verənlər də yaxşı bilirlər ki, İrəvanın xarici siyasəti formal bir şeydir. Ona diktə edən qüvvələri qane etməyən addımları Ermənistan rəhbərliyi ata bilməz. Bu səbəbdən erməni siyasi liderləri zaman-zaman epileptik tutmalar təsiri bağışlayan bəyanatlar verirlər. Onlar zahirən özlərini müstəqil mövqedə olan siyasətçilər kimi göstərməyə çalışırlar. Lakin məsələyə bir qədər geniş kontekstdə yanaşdıqda, bunun formal xarakter daşıdığı tam aydın olur.

Ermənistanın xarici işlər nazirinin müavini, amöblər və infuzorlar üzrə mütəxəssis Şavarş Koçaryanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədikləri yuxarıda vurğuladığımız fikirlərdə haqlı olduğumuzu təsdiqləmiş olur. Hər halda, onun dediklərinin erməni ekspertlərin təqdimatında son dərəcə qeyri-real, absurd, münaqişənin xarakterinə zidd olan cümlələr yığını olduğunu görürük. Erməni rəsmisi bu dəfə də münaqişənin həlli ilə bağlı gedən prosesləri tamamilə təhrif edib, bu əsasda da bir sıra erməni ekspertlər qeyri-obyektiv nəticələr çıxarmağa çalışıblar (bax: məs., Наира Айрумян.Армения, наконец, отказалась от мадридских принципов / "Lragir.am", 15 sentyabr 2016).

Əvvəlcə Ş.Koçaryanın ATƏT-in Minsk qrupu həmsədrlərinə böhtan atdığını vurğulamaq istərdik. Onun dediyinə görə, Madrid prinsiplərində Azərbaycanın öz cəmiyyətini Dağlıq Qarabağın birdəfəlik itirilməsinə psixoloji hazırlaşdırması nəzərdə tutulubmuş. Guya həmsədrlər yalnız bu şərt daxilində Azərbaycana referendumun sonrakı mərhələyə salınmasına razılıq veriblər.

Sözün həqiqi mənasında belə dayaz düşüncəli və qərəzli birisinin dövlətdə yüksək vəzifə tutması təəccüb doğurur. Ancaq bu, normal dövlətdə belədir, Ermənistan üçün isə adi haldır. Madrid prinsipləri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tutur. Bu barədə dəfələrlə rəsmi şəxslər fikirlərini bildiriblər. Rəsmi Bakı yeniləşmiş Madrid prinsiplərini qəbul edir. Burada münaqişənin paket həlli nəzərdə tutulur ki, erməni işğalçı qüvvələri zəbt etdikləri torpaqlardan çıxdıqdan sonra müzakirələrin aparıla biləcəyi vurğulanır. İndi Ermənistan rəhbərliyini təmsil edənlərin vəziyyəti tamamilə başqa cür təqdim etməyə çalışması səbəbsiz deyil.

Məsələ ondan ibarətdir ki, artıq Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etməsi bütün səviyyələrdə tələb olunur. Hətta bu qondarma dövlətin havadarları belə bir sıra rayonların erməni işğalçı qüvvələrindən təmizlənməsi zərurətindən danışırlar. Bunun qarşılığında heç bir tutarlı və əsaslı fikir deyə bilməyən rəsmi İrəvan indi yeni bir süründürməçi oyuna başlamaq istəyir. Bunu Azərbaycan Prezidenti MDB-nin Bişkekdəki sammitində açıq bəyan etdi. İrəvan indiyə qədər danışıqları uzatmaq, baş aldatmaq mövqeyini tutub, hazırda da aprel ayında özünün törətdiyi hərbi avantüradan istifadə edərək, bu istiqamətdə yeni mərhələnin əsasını qoymağa çalışır.

Süründürməçi mövqe: rəsmi İrəvan köhnə ampluasında

Madrid prinsiplərini təftiş etmək, yaxud onlardan imtina cəhdi görüntüsü də məhz bu səbəbdən yaradılır. Guya Ermənistan rəhbərliyi artıq torpaqları "güzəştə getmək" kursundan imtina edir, çünki Azərbaycan aprel ayında müharibə edərək indiyə qədər əldə edilən razılaşmaları pozub. Görün Ermənistana rəhbərlik edənlər nə dərəcədə axmaq düşüncəyə malikdirlər ki, Azərbaycanı öz cəmiyyətini işğalla barışdırmaq üçün addım atmamaqda günahlandırmağa cəhd göstərirlər. Bu siyasi nadanların və məhdud düşüncəli, orta əsr təfəkkürlü sadəlövhlərin havadarları belə təəccüblənirlər. Təbii ki, bu kimi fikirləri Ş.Koçaryan və onun kimiləri daxili informasiya məkanı üçün deyə bilərlər, lakin çox qısa zamanda reallıq göstərəcək ki, belə yalanlar, əslində, erməni xalqını uçuruma aparmaqdan başqa fayda vermir.

Heç bir beynəlxalq təşkilat erməni terrorçularını üçüncü tərəf kimi qəbul etdirə bilməz. O halda Vaşinqton "əl-Qaidə" və İŞİD-lə, Moskva, Paris və London da İŞİD-lə danışıqlar masası arxasında oturmalıdırlar. Dağlıq Qarabağda fəaliyyət göstərən terror tör-töküntüləri "əl-Qaidə" və İŞİD-dən də alçaq xislətə malikdirlər. Çünki əgər terror qruplarından ilk ikisinə qarşı beynəlxalq koalisiya formalaşıbsa, erməni terror təşkilatlarına güclü xristian dövlətləri himayədarlıq edirlər və bundan ermənilər qudururlar.

Lakin Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatlarda məsələni son dərəcə incə diplomatik və siyasi müstəvidə qaldırır ki, erməni terrorçuların danışıqlar tərəfi olması istisnadır. Söhbət yalnız Azərbaycanın bir bölgəsinin azərbaycanlı və erməni əhalisinin təmsilçilərinin qarşılıqlı məsləhətləşmələrindən gedə bilər. Onun da detalları peşəkar diplomatlar tərəfindən müzakirə edilməlidir.

Onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin kökündə erməni silahlı qüvvələrinin işğalçı hərəkətlərinin yaratdığı vəziyyətdən xilas olmaq tezisi dayanır. Burada hansısa terrorçu, yaxud separatçı dairələrin Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmasını tənzimləmək prosesindən söhbət getmir. Bu günə qədər problemin həll olunmamasının əsas səbəbi Ermənistanın güclü orduya malik olmasında deyil, rəsmi İrəvanı bir sıra nüfuzlu dairələrin himayə etməsidir! Bu məqam ATƏT-in Minsk qrupunun həmsədrlərinin əməllərində açıq görünür.

Deməli, həmişə olduğu kimi, indi də Azərbaycan Prezidenti tamamilə haqlıdır - Ermənistan rəhbərliyi daim danışıqları uzatmaq üçün müəyyən bəhanələr axtarır, təxribatçı addımlar atır. İndi Madrid prinsipindən imtina kimi bir fikri ortaya ataraq, rəsmi İrəvan bir daha ənənəvi qeyri-konstruktivliyini nümayiş etdirir.

Lakin Azərbaycan üçün fərqi yoxdur, Madrid, yaxud başqa prinsiplər - torpaqlardan işğalçı qeyd-şərtsiz getməlidir, vəssalam! Rəsmi Bakı bu mövqeyindən heç zaman dönməyəcək, çünki ədalət prinsipi və milli mənafelər bunu tələb edir. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, İrəvan öz himayədarlarının icazəsi olmadan ən kiçik prinsipdən belə imtina edə bilməz.

İndi onların "Lavrov modeli" adlandırdıqları və Azərbaycanın bir neçə rayonunun işğaldan azad edilməsi tələbini özündə ehtiva edən təklifi rusiyapərəst mövqe kimi təqdim etməyə çalışması blefdən başqa bir şey deyil. Guya ki, amerikalılar ruslarınkından fərqlənən və Ermənistanın işğalçı olduğunu nəzərə almayan həll üsulu təklif edirlər. Burada qoşunların təmas xəttində təhqiqat mexanizmlərini yaratmaq, sərhədləri açmaq və siyasi proseslərə təkan vermək kimi müddəalar öz əksini tapıb (bax: əvvəlki mənbəyə).

Təbii ki, belə deyil və söhbət yalnız ermənilərin bəsit siyasi-ideoloji manevrlərindən gedə bilər. Rusiya heç zaman özünün regiondakı ən yaxın müttəfiqinin maraqlarına zidd olan təklif etməz. Üstəlik, atası erməni olan Sergey Lavrovun boynuna belə bir şeyi qoymaq sadəlövh adamları qane edən absurddur. Bunlardan başqa, Vaşinqton heç zaman Azərbaycanın ərazi bütövlüyünə qarşı olan həll modelini irəli sürə bilməz. Buna onun nə səlahiyyəti var, nə də xarici siyasət prinsiplərinə uyğun deyil. Əksinə, bu ölkənin Minsk qrupunda olan təmsilçisi Ceyms Uorlik dəfələrlə bəyan edib ki, ABŞ "DQR" adlanan bir qurumu tanımır (bax: məs.,Джеймс Уорлик прокомментировал предстоящее мероприятие в связи с 25-летием непризнанной "НКР" / ''1news.az'', 26 avqust 2016).

Beləliklə, erməni siyasi təfəkkürü növbəti epilepsiyaya düşüb. Rəsmi İrəvan məntiqsiz fikirlər söyləməklə özünün qeyri-konstruktiv mövqeyində qaldığını bir daha təsdiqləyir. İndi Madrid prinsiplərini öz xəyallarına uyğun şərh etməyə çalışan Ermənistan rəhbərliyi özünü belə təkzib edən cümlələr işlədir. Belə görünür ki, İrəvan danışıqlar prosesini süründürmək üçün növbəti şər-böhtan kampaniyasına start verməyə cəhd göstərir. Lakin Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan növbəti 20 il gözləyən deyil. Məsələ konkretdir - işğalçı zəbt etdiyi əraziləri tərk etməlidir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir