REGİONLAR


Erməni vandalizminə məruz qalmış Ağdamkənddən görüntülər FOTO VİDEO

Ağdam, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Ağdamkənd kəndidir.

AZƏRTAC-ın bölgə müxbiri Ağdamkənd kəndinə gedərək erməni vandalizmini lentə alıb. Ağdamkənd kəndi Ağdam şəhərindən 3 kilometr şimal-şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. İşğaldan əvvəl kənddə üzümçülük, heyvandarlıq, bağçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, uşaq bağçası, kitabxana, klub, tibb məntəqəsi var idi. Yaşayış məntəqəsinin yaxınlığındakı su anbarından suvarmada istifadə edilirdi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər əlamət qalmayıb.

Ağdam rayonunun Ağdamkənd kəndinin görüntülərini təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.