SİYASƏT


Ermənistan ordusunun bölmələri cəbhə xəttində atəşkəs rejimini növbəti dəfə pozublar VİDEO

Bakı, 8 oktyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri oktyabrın 7-də və 8-də gecə Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.