ORDU
Ermənistan ordusunun bölmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edir VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.