DÜNYA


Ermənistan ordusunun hərbi qulluqçusu avtoqəza törədib

Bakı, 21 aprel, AZƏRTAC

Son vaxtlar Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyillilik və bu səbəbdən müxtəlif cinayət hadisələrinin baş verməsi halları artıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan ordusunun hərbi qulluqçusu Baris Abalyanın sərxoş vəziyyətdə mülki şəxsi vurması barədə polis idarəsinə məlumat verilib. O, hadisə yerindən qaçmaq istəyərkən idarəetməni itirib və nəticədə avtomobil divara çırpılıb.

Qəzanı törədən şəxsin hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra hərbi polisə də məlumat verilib. Müxtəlif bədən xəsarətləri alan B.Abalyan xəstəxanaya yerləşdirilib. Mülki şəxsin sağlamlığı ilə bağlı hələ heç bir məlumat yoxdur.

Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı xəsarət alan mülki şəxsin şikayət etməməsi üçün onun yaxınları ilə danışıqlar aparır. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.