DÜNYA


Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi azalır

Bakı, 16 may, AZƏRTAC

Rusiya-Ukrayna hadisələri səbəbindən Ermənistanın RF ilə ticarət dövriyyəsinin həcmi azalmaqdadır.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan mərkəzi bankının sədri Ovanes Xaçatryan parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya ilə ticarətin həcmi 2,5 milyard dollardır, bunun 800 milyon dolları ixracın, 1,7 milyard dolları idxalın payına düşür. Son aylar dinamik inkişaf edən hadisələrlə bağlı Ermənistan və Rusiya arasında ticarətin həcminin azalacağı gözlənilir.

Bankın sədri qeyd edib ki, Ermənistan və Ukrayna arasında 160 milyon dollar (120 milyon dollar idxal və 40 milyon dollar ixrac) təşkil edən ticarətin həcmi də azalaraq sıfıra yaxınlaşıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.