SİYASƏT
Ermənistanın dinc azərbaycanlı əhalini atəşə tutması ilə əlaqədar Türkiyə və Rusiya Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə bağlı telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, tərəflər Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəsə əməl etməməsi, düşmənin mülki azərbaycanlı əhalini hədəf alması, o cümlədən Tərtərdə dəfn mərasim zamanı qəbiristanlığa edilən hücum məsələlərini müzakirə ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara