RƏSMİ SƏNƏDLƏR


Estoniya Respublikası Parlamentinin sədri Yuri Ratasdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasına son səfərimiz zamanı nümayəndə heyətimizə göstərdiyiniz möhtəşəm və səmimi qonaqpərvərliyə görə Sizə və komandanıza minnətdarlığımı bildirirəm. Ölkənizə səfər etmək və Sizin qəbulunuzda olmaq şəxsən mənim və Estoniya nümayəndə heyəti üçün böyük şərəfdir.

Əminəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin bundan sonra da güclənməsinə mühüm töhfə verəcəkdir.

İnanıram ki, təcrübə mübadiləsi və birgə səylərimiz əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 
Yuri Ratas
Estoniya Respublikası Parlamentinin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin