Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Euroreporter” portalında Şərq Tərəfdaşlığı Sammiti öncəsi Aİ-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub

“Euroreporter” portalında Şərq Tərəfdaşlığı Sammiti öncəsi Aİ-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub

Bakı, 7 dekabr, AZƏRTAC

“Euroreporter.co” portalında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun Şərq Tərəfdaşlığı Sammiti öncəsi Avropa İttifaqı (Aİ)-Azərbaycan münasibətlərinin dəyərləndirilməsinə dair məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı barədə ümumi məlumat verilib, Azərbaycan və Aİ arasında bu proqram çərçivəsində aparılan danışıqlar və irəli sürülən təkliflərdən bəhs edilib. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rol və ərazi bütövlüyü bərpa edildikdən sonra regionda yaranmış yeni reallıqlar oxucuların diqqətinə çatdırılıb.

Məqalənin girişində qeyd edilib ki, dekabrın 15-də Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin 6-cı sammiti keçiriləcək və bu sammit 2017-ci ildən bəri Avropa İttifaqı və şərqdə yerləşən ölkələr arasında keçirilən ilk rəsmi sammit olacaq. Azərbaycan üçün isə qarşıdakı sammit 44 günlük müharibə və Ermənistan üzərində qətiyyətli Qələbədən sonra ilk sammitdir. Bu, həmçinin Azərbaycanın Aİ ilə münasibətlərinin gələcəyi və ehtimal ki, tərəflərin bir neçə ildən bəri ətrafında müzakirələr apardığı yeni çərçivə sazişinin layihəsi haqqında danışmaq üçün də mühüm fürsət olacaq.

Məqalədə oxuculara Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq üçün təqdim etdiyi hüquqi baza haqqında geniş məlumat verilib. Bildirilib ki, 2010-cu ildə Aİ tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinə yeni tipli hüquqi baza, yəni Assosiasiya Sazişi təklif edildi. Azərbaycan hökuməti 2013-cü ildə bu sənədin əleyhinə çıxış edərək, Brüssel ilə münasibətlərin strateji və bərabərhüquqlu xarakterini poza biləcək istənilən sazişə qarşı olduğunu bəyan etdi. 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə Riqa Sammitində Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş yeni təklif - Strateji Tərəfdaşlıq Sazişi üzərində danışıqlar başladı. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə danışıqlarda əsas mübahisəli məqam olan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinə də aydınlıq gətirib və bildirib ki, Azərbaycanın ixracının əsasını neft və qaz təşkil etdiyinə görə, hələlik ÜTT üzvlüyünün vaxtı çatmayıb.

Müəllif qeyd edir ki, danışıqlar ləng irəliləsə də, Aİ və Azərbaycan arasında hərtərəfli iqtisadi əməkdaşlıq (xüsusilə də enerji sahəsində) tərəflərin danışıqlar prosesini müsbət yekunlaşdırması üçün stimulverici amildir. Azərbaycanın ümumi ticarətində Aİ böyük paya malikdir, Azərbaycan isə öz növbəsində Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2020-ci ilin dekabr ayında Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracına başlayıb və əgər Türkmənistanın layihədə iştirakı ilə bağlı danışıqlar uğurla başa çatarsa, bu kəmərin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti xeyli artacaq. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan qazını alan ölkələrin təminatın davamlılığı ilə bağlı problemlə üzləşmədiyini vurğulayıb: “Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir”.

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi də bu ölkənin Aİ ilə münasibətləri üçün yeni şanslar açır. Belə ki, Aİ-nin regiona münasibətdə həm Ermənistan, həm də Azərbaycan üçün məqbul yanaşma ilə çıxış etməsi çətin olub. Rəsmi Yerevan Aİ-dən Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı öz müqəddəratını təyinetmə prinsipini vurğulamağı tələb edir, Azərbaycan isə Brüsseli ərazi bütövlüyünə qonşuluqdakı digər münaqişələrə münasibətdə sərgilənən mövqe ilə eyni şəkildə davranmağa çağırırdı. Azərbaycanın ötən il ərazi bütövlüyünü bərpa etməsi və ərazilərinin işğalına son qoyması, cari ilin noyabr ayında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə danışıqların başlanması çox güman ki, Aİ-nin region ölkələri ilə əlaqələri üçün daha əlverişli siyasi mühit yarada biləcək.

Müəllif qeyd edir ki, müharibədən sonrakı vəziyyətin yaratdığı imkanlardan səmərəli istifadə etmək üçün Aİ region ölkələrinə eyni münasibət bəsləməli və regiona münasibətdə öz siyasətində onların narahatlıqlarını nəzərə almalıdır. Buna misal kimi bu ilin yayında Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yardım paketinin açıqlanmasından sonra Brüssel Azərbaycanda tənqidə tuş gəlib. Azərbaycanın tamamilə dağıdılmış Qarabağ bölgəsinin minalardan təmizlənməsi və reabilitasiyası ehtiyaclarını nəzərə almayan Aİ Azərbaycana Gürcüstan (3,9 milyard avro) və Ermənistandan (2,6 milyard avro) əhəmiyyətli dərəcədə az (200 milyon avrodan az) yardım ayırıb. Avropa İttifaqı investisiya paketinin əsl mahiyyəti və məqsədləri ilə bağlı suallara səbəb olan, Aİ-nin azərbaycanlılar arasında imicinə mənfi təsir göstərən bu uyğunsuzluğa inandırıcı izahat verə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə