MƏDƏNİYYƏT


“Eurovision 2019” mahnı müsabiqəsinin ilk 10 finalçısı müəyyənləşib VİDEO

Bakı, 15 may, AZƏRTAC

İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision 2019” mahnı müsabiqəsinin ilk 10 finalçısı müəyyənləşib.

AZƏRTAC müsabiqənin saytına istinadla xəbər verir ki, 10 ölkə – Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çex Respublikası, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri finala seçiliblər. Birinci yarımfinalda iştirak edən Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan və Portuqaliya təmsilçiləri final mərhələsinə keçə bilməyiblər.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı mayın 18-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.