CƏMİYYƏT


FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində istehsalat təcrübəsi keçiblər

Bakı, 16 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Akademiyasının (FHN) həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları Bakı Regional Mərkəzində qrup rəisi vəzifəsində istehsalat təcrübəsi keçiblər.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Regional Mərkəzinin fəaliyyəti, gündəlik iş rejimi, axtarış-xilasetmə və digər texniki avadanlıqla tanışlıq kursantların bilik və bacarıqlarının artırılması yolunda mühüm əhəmiyyət kəsb edib.

Təcrübə dövründə hər bir kursanta, onun bilik və bacarıqları nəzərə alınmaqla, fərdi yanaşma təmin edilib, onların nəzəri biliklərinin artırılması və praktik vərdişlərin qazanılması istiqamətində məqsədyönlü iş aparılıb.

Təcrübənin ilk günlərindən kursantların həvəslə və böyük səylə bu işə yanaşdıqları zabitlər tərəfindən müsbət qiymətləndirilib, bilik və bacarıqlarının artırılması üçün bütün imkanlar səfərbər edilib.

Kursantlar mərkəzin struktur bölmələrinin fəaliyyət istiqamətləri və görülən işlər, eləcə də müvafiq sənədlərlə yaxından tanış olub, gələcək fəaliyyətləri üçün zəruri məlumatlar alıblar. Mərkəz rəhbərliyi və təcrübə keçən zabitlər tərəfindən verilmiş tapşırıqlar da səylə yerinə yetirilib.

Bununla yanaşı, kursantlar mərkəzin xüsusi xilasetmə xidmətinin praktiki fəaliyyətində də yaxından iştirak ediblər. Texnikaya və avadanlığa qulluq zamanı iş prinsiplərini mənimsəməklə yanaşı, kursantlara onlardan düzgün istifadə qaydaları və təhlükəsiz iş prinsipi barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.