CƏMİYYƏT


FHN: Binəqədi rayonundakı yaşayış binasında yanğın zamanı 12 sakin təxliyə olunub

Bakı, 29 aprel, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 kvadratmetr sahədə və elektrik kabeli 3,5 poqonmetr yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı 5-i azyaşlı olmaqla 12 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.