CƏMİYYƏT
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Mərkəzi Elmi Kitabxanada seminar-məşğələ keçirib
Bakı, 3 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) sentyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müraciəti əsasında akademiyanın Mərkəzi Elmi Kitabxanasında seminar-məşğələ keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA əməkdaşlarına Fövqəladə Hallar Nazirliyinin, o cümlədən DYNX-nin fəaliyyəti, yanğın təhlükəsizliyinə dair qanunvericilik barədə məlumat verilib, onların sualları cavablandırılıb.
Tədbirdə, həmçinin ilkin odsöndürmə vasitələri, həmin vasitələrin istismarı və tətbiqi qaydalarından söz açılıb.
Xidmət əməkdaşları iştirakçılara FHN tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası paylayıblar.
Sonda AMEA Rəyasət Heyətinin məsul işçisi seminar-məşğələnin iştirakçıları adından FHN rəhbərliyinə minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]