CƏMİYYƏT


FHN: Gəncədə Nizami və Kəpəz rayonlarının yağış suları ilə dolan ərazilərində suçəkmə işlərinə başlanılıb

Bakı, 11 may, AZƏRTAC 

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 – “qaynar” telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış sularının dolduğu ərazilərə cəlb olunub və suçəkmə işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.