CƏMİYYƏT
FHN: Ötən sutka ərzində iki nəfər xilas edilib
Bakı, 17 dekabr, AZƏRTAC
Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 26 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 3 faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.
Sutka ərzində FHN-in qüvvələri tərəfindən iki nəfər xilas olunub, yanğın zamanı bir nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1965-ci il təvəllüdlü Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.