CƏMİYYƏT
FHN-in Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursları təşkil olunub
Bakı, 21 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimləri” kateqoriyası üzrə keçirilən kurslarda əhalinin baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.
Kurslarda dinləyicilərə Sumqayıt Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin texnikaları və avadanlığı nümayiş olunub, onların iş prinsipi barədə məlumat verilib.
Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.