Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

FİLİPPİN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM QLORİYA MAKAPAQAL ARROYOYA

Hörmətli xanım Prezident,

Filippin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Filippin xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimizi bir-birinə yaxınlaşdıran dostluq əlaqələrindən xalqlarımızın rifahı üçün səmərəli istifadə edə biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin