İQTİSADİYYAT


“FINCA Azerbaijan” “Uğur-2012” milli mükafatına layiq görülmüşdür

Bakı, 28 aprel (AZƏRTAC). “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı 2012-ci ildə Azərbaycanda mikromaliyyələşdirmə xidmətlərinin göstərilməsində əldə etdiyi nailiyyətlərə görə “Uğur-2012” milli mükafatına layiq görülmüşdür.

Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, “FINCA Azerbaijan” kredit təşkilatı artıq 15 ildir ki, Azərbaycanda sahibkarlığın inkişafı və kiçik və orta sahibkarların həyat standartlarının yüksəldilməsi üçün çalışır. Bu sosial missiyanı əsas tutaraq “FINCA Azerbaijan” hazırda 60-dan çox ofis şəbəkəsi vasitəsilə Azərbaycanın müxtəlif regionlarında 140 min nəfərdən çox sahibkarlara maliyyə xidmətləri göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.