DÜNYA
FRANSA HÖKUMƏTİNDƏ DƏYİŞİKLİKLƏR APARILIR
Yelisey sarayında Prezident Jak Şirak ona həmişə sadiq olan baş nazir Jan-Pyer Raffarəni qəbul edərək, onunla yeni hökumətin təşkili barədə fikir mübadiləsi aparmışdır. Baş naziri vəzifəsində saxlayan Prezident ona qısa bir vaxtda hökuməti təşkil etməyi tapşırmış və ondan 100 gün müddətində hökumətin fəaliyyətində ciddi dönüş yaratmağı tələb etmişdir. Bəzi siyasi icmaçılar hökumətə verilmiş vaxtı görkəmli sərkərdə Napoleonun 100 günlük hakimiyyətinə bənzətmişlər.
Müxtəlif siyasi dairələrin liderləri ilə məsləhətləşmədən sonra baş nazir 43 nazirdən ibarət olan hökumətin yeni tərkibini açıqlamışdır. Dəyişiklik əsas nazirlikləri əhatə etmişdir. Belə ki, daxili işlər naziri Nikola Sarkozi maliyyə, xarici işlər naziri Vilpən de Dominik daxili işlər, Fransua Filon təhsil, Avropa Birliyinin komissarı Mişel Barnye xarici işlər, Filip Dust-Blazi səhiyyə, Serc Lepeltye ekologiya naziri vəzifələrinə təyin olunmuşlar. Ədliyyə və müdafiə nazirləri öz vəzifələrində qalmışlar.
Solların tanınmış liderlərindən Fransua Bayroya hökumətdə vəzifə tutmaq təklif olunsa da, o, bu təklifdən boyun qaçırmışdır.