İDMAN


Faiq Qarayev məşqçilik karyerasını başa vurub

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan voleybolunun inkişafında mühüm xidmətləri olan, ölkə voleyboluna yüksək nailiyyətlər qazandıran milli komandamızın baş məşqçisi Faiq Qarayev məşqçilik karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, 59 yaşlı təcrübəli mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar bu barədə qərar qəbul edib.

Milli komandamızı 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara nail olan dünya şöhrətli çalışdırıcı bu idman növünün daha da inkişafı üçün fəaliyyətini davam etdirəcək. F.Qarayev Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti kimi komandalarımıza və gənc idmançılara məsləhətlərini verəcək.

Ölkə voleybolunda xüsusi izi olan Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq. O, bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. N.Məmmədova bu qərarını heyətdə gənc voleybolçulara yol açmaq üçün qəbul etdiyini bildirib. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz voleybolçu Yaponiyada millinin üzvləri ilə vidalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.