İQTİSADİYYAT


Fatih Birol: Qlobal iqtisadi məlumatlar neftin qiymətinə təsir edir

Bakı, 30 oktyabr, AZƏRTAC

Qlobal iqtisadi məlumatlar neftin qiymətinə təsir edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Sinqapurda keçirilən konfransda deyib.

“Bir çox neft idxalçısı ölkə dolların möhkəmlənməsi və neftin qiymətinin yüksəlməsi ilə əlaqədar mənfi təsirlərə məruz qalırlar. Qlobal iqtisadi məlumatlar da neftin qiymətinə öz təsirini göstərir”, - deyə o bildirib.

Ekspertlərin fikrincə, hazırda maliyyə bazarlarda baş verəcək kəskin enişlər və qlobal iqtisadi məlumatların mənfi istiqamətli dəyişkənliyi neftin qiymətində hərəkətverici rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.