RƏSMİ SƏNƏDLƏR


Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdullayev Elşad Tofiq oğlu

Əsədov Xəmməd Əsəd oğlu

Hüseynov İslam Əhməd oğlu

Qədməliyev Rəşadət Nüsrəddin oğlu

Məmmədov Namiq Eldar oğlu

Seyidzadə Etibar Vaqif oğlu

Səlimov Rəşad Allahverdi oğlu

Sərkərli Mahir Sədaqət oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin