RƏSMİ SƏNƏDLƏR


Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
05.08.2022 [12:10]
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” 2008-ci il 5 fevral tarixli 2661 nömrəli, “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli 839 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli 1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.08.2022 [13:31]
Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 2002-ci il 25 mart tarixli 893 nömrəli, “Xüsusi maşınqayırma və konversiya sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2003-cü il 19 mart tarixli 1178 nömrəli, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 2003-cü il 19 iyun tarixli 1251 nömrəli, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2006-cı il 29 iyun tarixli 1540 nömrəli, “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 2006-cı il 23 avqust tarixli 1635 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli, “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 12 mart tarixli 2027 nömrəli və “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007–2010-cu illər)” təsdiq edilməsi haqqında” 2007-ci il 12 aprel tarixli 2089 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.08.2022 [13:29]
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” 1998-ci il 19 may tarixli 804 nömrəli, “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” 1998-ci il 2 iyul tarixli 845 nömrəli, “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” 1999-cu il 13 fevral tarixli 78 nömrəli, “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” 2000-ci il 4 may tarixli 405 nömrəli, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 647 nömrəli, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 648 nömrəli, “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 28 mart tarixli 651 nömrəli, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 671 nömrəli, “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 674 nömrəli və “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı