MƏDƏNİYYƏT
Filip Kirkorov: Mənim üçün “Jara” festivalı böyük bayramdır
Bakı, 27 iyul, AZƏRTAC
Mənim üçün “Jara” festivalı böyük bayramdır. Bakı mənim evimdir. Burada dostlarım çoxdur. Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdir. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Rusiyanın Xalq Artisti Filip Kirkorov deyib.
Festivalın yüksək səviyyədə keçdiyini bildirən F.Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyünü vurğulayıb: “Bir daha təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. “Jara” hər kəsə dəniz qədər pozitiv emosiya və unudulmaz xatirələr bəxş etdi. Dostlarımla eyni səhnəni bölüşməyimə şərait yarandığı üçün çox şadam. Məni sevən tamaşaçılarımı yenidən görmək unudulmaz hisslərdir. Növbəti “Jara” festivalını səbirsizliklə gözləyəcəyəm”.