DÜNYA


Finlandiyada külək elektrik stansiyalarının sayı artırılacaq

Helsinki, 28 iyun, AZƏRTAC

Finlandiyada rekord sayda külək elektrik stansiyalarının tikilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, artıq Finlandiyanın müxtəlif bölgələrində, xüsusilə qərb ərazilərində yüzlərlə külək generatorları quraşdırılır.

Hazırda ölkədə istehsal edilən elektrik enerjisinin 6 faizi külək elektrik qurğularının payına düşür.

Lappeenrant Texnoloji Universitetinin professoru Es Vakkilaynenin sözlərinə görə, illik enerji istehsalının 10-15 faizini yenilənən mənbələr – külək və günəş qurğularının hesabına əldə etmək olar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.