ELM VƏ TƏHSİL
Fizika İnstitutu “YAŞAT” Fonduna ianə köçürüb
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna - “YAŞAT” Fonduna Fizika İnstitutunun rəhbərliyi və kollektivi tərəfindən 3 min manat vəsait köçürülüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.