İQTİSADİYYAT
Fiziki infrastruktur üzrə İşçi Qrupun növbəti iclası olub

Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Fiziki infrastruktur üzrə İşçi Qrupunun cari ilin yekunlarına dair növbəti onlayn iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov iclası açıq elan edərək 2021-ci il ərzində qrupun fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə qrupun əvvəlki iclasının Protokolundakı qərarların icra vəziyyəti, 2021-ci il üçün Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrasının qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələri haqqında hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra növbəti ildə görüləcək işlər və İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.