ELM VƏ TƏHSİL
Fiziki tərbiyə müəllimlərinə sertifikatlar verilib
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 25 fiziki tərbiyə müəllimi və 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası ölkəmizdə ilk dəfə voleybol üzrə keçirilən seminarda iştirak edib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə razılığına əsasən, dörd mərhələdən ibarət olan seminarı Avropa Voleybol Konfederasiyasının CEV İnkişaf Mərkəzinin meneceri Vuk Karanoviç və məşqçi instruktor Papa Georgeous aparıblar. Sonda iştirakçılara sertifikatlar verilib.
Seminarın sonuncu mərhələsinin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.