İQTİSADİYYAT


“Fokus” xəbər agentliyi energetika naziri Pərviz Şahbazovun Cənub Qaz Dəhlizi kəməri ilə bağlı müsahibəsini yayıb

Sofiya, 4 iyun, AZƏRTAC

Bolqarıstanın “Fokus” xəbər agentliyi Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Cənub Qaz Dəhlizi ilə bağlı CBC televiziya kanalına verdiyi müsahibəsini yayıb. Nazir türkmən qazının Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunması üçün Azərbaycanda siyasi iradənin və texniki imkanların olduğunu bildirir. Türkmənistanın da öz növbəsində Cənub Qaz Dəhlizinə olan marağının olması göstərilir. P.Şahbazov qeyd edir, yeni qaz kəmərinin fəaliyyətə başlaması ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Buna misal olaraq məmur Cənub Qaz Dəhlizi və Bolqarıstan arasında inşa olunacaq kəməri misal gətirir. IGB (Interconnector Greece – Bulgaria Pipeline) adlanan qaz kəməri Yunanıstana nəql olunan Azərbaycan qazını interkonnektor vasitəsilə Bolqarıstana istiqamətləndirəcək. Məqalədə Cənub Qaz Dəhlizinin nəql imkanları və gələcək layihələr barədə geniş məlumat verilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.