Formula 1 Azərbaycan Qran-Prisi: Şarl Lekler karyerasında 9-cu, cari mövsüm isə ardıcıl 2-ci poulunu qazanıb
AzerTAg.az
Bakı, 5 iyun, AZƏRTAC
“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda qalib gəlməklə ardıcıl ikinci poulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, Bakıda qazandığı qələbə ilə monakolu pilot poullarının sayını 9-a çatdırıb.
Ş.Lekler ilə yanaşı, ilk sıradan Luis Hamilton (“Mercedes”) Azərbaycan Qran-Prisinə start verəcək. İkinci sıradan isə “Red Bull Racing”in pilotu Maks Ferstappen və Pyer Qaslı (“AlphaTauri”) mübarizəyə başlayacaqlar.
İyunun 6-da Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.









Xəbərin mətnində orfoqrafik səhv var