İDMAN
Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı keçirilən məqalə müsabiqəsi davam edir
Bakı, 16 yanvar, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə keçirdiyi məqalə müsabiqəsi davam edir.
AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, yanvarın 31-dək davam edəcək müsabiqəyə qatılmaq istəyənlər hazırladığı məqalələri elektron formada [email protected] e-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.
Müsabiqəyə yalnız yerli çap və ya onlayn mediada müsabiqə elanından sonra yayımlanmış məqalələr təqdim oluna bilər. Məqalə Formula 1 Azərbaycan Qran-Prisi ilə birbaşa əlaqəli olmalıdır. Yazı Azərbaycan və ya Rus dilində, məqalənin uzunluğu isə
500-1000 söz aralığında olmalıdır. Yazıda video, foto və ya infoqrafika kimi müxtəlif vizual elementlərə yer verilməsi üstünlükdür.
Yazı orijinal olmalıdır, faktlara əsaslanmalıdır, plagiatlığa qəti şəkildə yol verilmir və istifadə olunmuş məlumatların ilkin mənbəsi göstərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]