İDMAN


Formula 1: Esteban Okon karyerasında ilk qələbəsini qazanıb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 1-də Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Modorod şəhərindəki Hunqarorinq trasında təşkil olunan mövsümün 11-ci yarışında “Alpine” komandasının pilotu Esteban Okon birinci olub. İlk üçlüyü “Aston Martin”in pilotu Sebastyan Fettel və “Mercedes”in üzvü Luis Hamilton tamamlayıb.

E.Okon karyerasında ilk qələbəsini qazanıb. S.Fettel isə cari mövsüm ikinci dəfə podiuma qalxıb.

Pilotların siyahısına 192 xalla L.Hamilton başçılıq edir. Maks Ferstappen ("Red Bull") 186 xalla ikinci, Lando Norris ("McLaren") isə 113 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Mercedes" 300 xalla birincidir. Hesabında 290 xal olan "Red Bull" ikinci, "McLaren" isə 163 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti yarış dörd həftə sonra Belçikada təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.