SİYASƏT
Fransa mətbuatı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumundan yazıb
Paris, 13 oktyabr, AZƏRTAC
Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib.
Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib.
Məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [22:30]
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
- 04.05.2024 [21:23]
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
- 04.05.2024 [20:40]
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
- 04.05.2024 [19:17]