DÜNYA


Fransada həmkarlar təşkilatı nümayişlərdə 1 milyon 300 min nəfərin iştirak etdiyini bildirib

Paris, 25 yanvar, AZƏRTAC

Fransada həmkarlar təşkilatı yanvarın 24-də hökumətin pensiya islahatı layihəsinə qarşı nümayişlərdə ölkə üzrə 1 milyon 300 min insanın iştirak etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, hökumət isə Parisdən başqa 60 şəhərdə ümumilikdə 127 min nəfərin nümayişə çıxmasından danışır. “Occurence” sorğu kabineti Parisdə 39 min, Daxili İşlər Nazirliyi 31 min, CGT həmkarlar təşkilatı isə 350 və 400 min insanın nümayişə çıxdığını bildirib.

Polis prefekturalarının məlumatına görə, Lyonda 9 min, Marseldə 8 min, Bordo və Avr şəhərlərinin hər birində 7 min 500, Tuluzda 5 min, Klermon-Ferranda 4 min 400, Renn və Kann şəhərlərinin hər birində 4 min insanın nümayiş etdiyi qeyd olunub.

Parisdə 14 metro xəttindən yalnız 2-də normal hərəkət olub. Digər xətlərdə 20 faiz qatarlar xəttə çıxıb. Xatırladaq ki, pensiya islahatına qarşı tətil və nümayişlər başlayandan indiyədək nəqliyyat sistemi iflic vəziyyətində və metrolar bağlı idi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.