DÜNYA


Fransada koronavirus daşıyıcıları aşkarlanıb

Paris, 24 yanvar, AZƏRTAC

Fransada 2 koronavirus daşıyıcısı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, Fransanın Səhiyyə naziri Anyes Büzen Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısının aşkarlandığını bildirib. Qeyd edib ki, yanvarın 23-də Bordo şəhərində 48 yaşlı bir nəfər simptomlara görə həkimə müraciət edib. Mənşəcə çinli olan həmin şəxs işlə bağlı Çinin Vuhan şəhərindən keçib. Fransaya qayıtdıqdan sonra onun 10-a qədər digər insanlarla kontaktda olduğu vurğulanıb. Həmin şəxs izolyasiya edilmiş otağa yerləşdirilib.

Parisdən olan pasiyentin də Çində olduğu, onun Bişa xəstəxanasına yerləşdirildiyi qeyd edilib.

Səhiyyə Nazirliyi son günlər Çində səyahətdə olan şəxslərə müraciətində, temperatur olduğu və nəfəs borusu ilə bağlı kiçik əlamətlər hiss etdikləri təqdirdə, təcili yardıma zəng etməməyi, həkimə getməməyi və evdən çıxmamağı məsləhət görüb. Bu əlamətləri hiss edən insanlara birbaşa 15 nömrəli qaynar xəttə zəng etmək tapşırılır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.