Fransada mart ayında inflyasiya artmaqda davam edib
AzerTAg.az

Paris, 31 mart, AZƏRTAC
Fransanın Statistika və İqtisadi təhlil Milli İnstitutunun (İNSEE) hesabatına görə mart ayında ölkədə inflyasiya artıq 4 faizlik həddi keçib.
AZƏRTAC xəbər verir ki, İNSEE-nin məlumatına görə inflyasiyanın əsas səbəbi ölkədə enerji və ərzağın qiymətinin artmasıdır. Hesabatda bildirilib ki, fevral ayında 3,6 faizə çatan istehlak qiymətləri indeksində artım mart ayında 4,5 faiz təşkil edib. Xüsusilə, Ukrayna münaqişəsi ilə əlaqədar neft məhsullarının qiymətinin artması ilə yanaşı, istehsal olunan məhsulların və ərzaq məhsullarının qiymətində də kifayət qədər artım müşahidə olunub.
Avropa səviyyəsində müqayisə üçün əsas olan İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksinə (HİCP) görə fevral ayında +4,2 faizdən mart ayında 5,1 faiz olub. Enerji qiymətləri artmaqda davam edir və 2021-ci ilin mart ayı ilə müqayisədə 28,9 faiz artıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xəbərin mətnində orfoqrafik səhv var