DÜNYA


Fransada peyvənd kampaniyası sürətləndirilməsə, sentyabrda epidemiyanın pik nöqtəsi yaşanacaq

Paris, 30 iyul, AZƏRTAC

Fransanın Pastör İnstitutunun mütəxəssisləri sentyabrda xəstəxanalara gündəlik 4800 koronavirus xəstəsinin daxil olacağını proqnozlaşdırıblar. Onların fikrincə, gündəlik 500 min insan peyvənd edilərsə, sentyabrda epidemiyanın dördüncü dalğasının pik həddi yaşanacaq. Gündəlik 700 min nəfər peyvənd olunsa isə, o zaman xəstələrin sayı iki dəfə az olacaq.

AZƏRTAC xəbər verir ki, bununla belə Pastör İnstitutu reanimasiya şöbələrində vəziyyəti kritik olan ən azı 5400 xəstənin yerləşəcəyini və vəziyyətin ikinci dalğanın pik dövrünə uyğun olacağını proqnozlaşdırıb.

Virusun yayılmasının qarşısını almaq məqsədilə peyvəndlə yanaşı, sanitar qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.

Ölkənin digər regionlarında son günlər xəstəxanalarda koronavirus xəstələrinin sayının yenidən artdığı bildirilir. İyun ayında reanimasiya şöbələrinə virus xəstəsi qəbul olunmasa da, son günlər bu prosesin yenidən başladığı diqqətə çatdırılıb. Vurğulanıb ki, reanimasiyadakı xəstələrin 90 faizi peyvənd olunmayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.