İDMAN
Futbol üzrə Azərbaycan Premyer Liqası İspaniya mətbuatının diqqətindədir
Madrid, 23 oktyabr, AZƏRTAC
İspaniyanın nüfuzlu idman nəşri olan “AS” qəzeti futbol üzrə Topaz Premyer Liqasının sonuncu turundan yazıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” Azərbaycan liqasında xal itkisi ilə üzləşdi” sərlövhəli yazıda Premyer Liqanın 9-cu turunun mərkəzi qarşılaşması olan “Qəbələ”-“Qarabağ” oyunu haqqında ətraflı məlumat verilib.
Məqalədə qeyd olunub ki, bu turda “Qəbələ”yə uduzmasına baxmayaraq, “Qarabağ” çempionatda liderliyini qoruyur. Yazıda 9-cu turun digər qarşılaşmasında “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olan “Zirə”nin üçüncü pilləyə gerilədiyi vurğulanıb.
Xatırladaq ki, Topaz Premyer Liqasının 9-cu turunun sonuncu və mərkəzi qarşılaşmasında “Qəbələ” doğma meydanda “Qarabağ” komandasına 1:0 hesabı ilə qalib gəlib. Hazırda hər iki komandanın 19 xalı olsa da, bir oyun az keçirən ağdamlılar top fərqinə görə liderliyi davam etdirirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid