İDMAN


Futbol üzrə Azərbaycan yığmasının Şimali Makedoniya komandası ilə oyunu heç-heçə başa çatıb

Bakı, 13 iyun, AZƏRTAC

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.